Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 11:30

Musiqili Teatrın yeni saytı açılacaq


Azərbaycan Dövlət Musiqili Teatrı.

-

Yaxın günlərdə Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə veriləcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun AzadlıqRadiosuna verdiyi xəbərə görə, 106-cı mövsümün başlanması ərəfəsində teatr rəhbərliyi yeni saytın yaradılmasıyla bağlı qərar verib.

Hazırda Dövlət Musiqili Teatrının statemusicaltheatre.az saytı fəaliyyət göstərir.

Xəbərdə deyilir ki, yeni saytın yaradılmasını şərtləndirən əsas səbəb bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyidir.

Yeni saytı hazırlayan yaradıcı və texniki heyət qabaqcıl dünya teatrlarının bu sahədəki təcrübəsindən maksimum yararlanmağa çalışır.

Artıq tamamlanma işləri gedir.

Yeni sayt gələn həftədən tamaşaçıların istifadəsinə veriləcək.

XS
SM
MD
LG