Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:48

-

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Report xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Məcəlləyə edilən əlavəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə olunacaq.

Dəyişiklik Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

XS
SM
MD
LG