Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:58

Google GIF axtarmağı asanlaşdırdı


Google.
Google.

-

İnternetdə GIF formatında şəkilləri axtarmaq bəzən çox vaxt itkisinə səbəb ola bilir.

«Google» bu işi asanlaşdırmaq üçün yeni əlavəsi «GoogleGIFs»i təqdim edib.

«Google»un axtarış xidmətlərində «Image Search» (şəkil axtar) bölməsi olsa da, GIF-lər üçün o qədər də əlverişli deyil. Çünki axtarış nəticəsində tapılan bu formatda şəkillərə baxmaq üçün bir-bir açmaq lazım olur. Bu isə çox vaxt itkisi deməkdir.

Artıq «Chrome» üçün bu vəziyyəti aradan qaldıran əlavə -«GoogleGIFs» var.

«GoogleGIFs»i «Chrome» əlavə mağazasından yükləyə bilərsən. Yüklədikdən sonra sağda üstdə yerləşən aktiv etmə bölməsini seç. Bundan sonra «Google Image Search»də axtarılan bütün GIF-ləri önizləmə mümkün olacaq.

XS
SM
MD
LG