Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Deputatlığa 1054 namizəd var


Məzahir Pənahov
Məzahir Pənahov

-

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: «Onlardan 572-si siyasi partiyalar, 62-si «Azadlıq-2015» seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib».

XS
SM
MD
LG