Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:35
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

13:04 9.10.2015

Facebook-da ad günü təbriki - video ilə

Fasebook istifadəçiləri dostlarının ad günlərini video ilə təbrik edə biləcəklər. «Facebook» xidməti təsadüfən seçdiyi 20 min iOS istifadəçisində test edib.

Oktyabrın 8-dən etibarən həmin istifadəçilər dostlarının ad gününü təbrik etmək istəyəndə, yeniliklə qarşılaşıblar. Onlara maksimum 20 saniyəlik bir video çəkməklə arzuları, təbrikləri çatdırmaq imkanı verilib.

13:03 9.10.2015

Rusiya kimlərə və nə demək istəyir?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna deyir ki, Rusiyanın Suriyanı Xəzərdən vurması Azərbaycanın da maraqlarına toxunur:

«Rusiyanın Suriyanı bombalaması, Xəzərdən atılan raketlər, Rusiya təyyarələrinin Türkiyə hava sərhədini pozması Rusiya-Türkiyə münasibətlərini gərginləşdirir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir.

12:59 9.10.2015

«Dedilər ki, 3 ay bundan əvvəl deputatlar artıq təyin olunub»

Bunu «Yeni Müsavat» qəzetinə namizədliyi qeydə alınmayan müğənni Elza Seyidcahan deyib. Müğənni deyib ki, namizədliyini irəli sürdüyü 54 saylı Şabran-Siyəzən seçki dairəsindən ona təzyiqlər olub.

Elza Seyidcahan ona təzyiqlər edənlərin icra aparatının nümayəndələri olduğunu bildirib: «Bu işdə mənə xüsusilə 6 nəfər kişi təzyiq edirdi. Onlar icra aparatının nümayəndələri idi. Oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa, onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəyəm». Media icmalı

21:02 8.10.2015

Messiyə 22 ay həbs tələb olunur

Lionel Messi və atası vergidən yayınma ittihamı ilə məhkəmə qarşısına çıxmalıdırlar. Bu qərarı İspaniya məhkəməsi verib. Messi və atası vergidən 4 milyon avro yayaındırmaqda ittiham olunurlar. Vergi orqanlarının vəkilləri tələb ediblər ki, Messiyə və atasına hərəyə 22 ay həbs cəzası kəsilsin.

Prokurorların bildirdiyinə görə, futbolçunun atası Jorge oğlunun pullarını vergidən yayındırmaq üçün 2007-2009-cu illərdə Belizdəki və Uruqvaydakı ofşor şirkətlərdən istifadə edib.

Messinin vəkilləri isə deyiblər ki, "Messi müqavilələri oxumağa ömründə bir dəqiqə də olsun vaxt sərf etməyib". Bunu El Pais qəzeti yazır.

Ancaq iyun ayında Barselona məhkəməsi qərar vermişdi ki, öz maliyyə işlərindən xəbərsizlik Messini məsuliyyətdən azad etmir.

Frans Pressin xəbərinə görə, indiki məhkəmədə hakimin qərarında yazılıb ki, "hər iki şəxsin əməlində cinayət tərkibinin olmasının rasional əlamətləri var".

Messi və atası 2013-cü ildə vergidən yayındırdıqları iddia olunan puldan bir az da çox - 5 milyon avronu könüllü olaraq ödəyiblər, ancaq görünür, məsələ hələ bitməyib.

Davamı

XS
SM
MD
LG