ABŞ-da kollecdə 9 nəfəri güllələyən 26 yaşlı Christopher Harper-Mercer özü-özünü öldürüb. Bunu Oreqon ştatının Roseburq şəhərinin Duqlas rayonun polis rəisi John Hanlin oktybarın 3-də mətbuat konfransında deyib. Polis bildirir ki, bunu tibbi ekspertiza müəyyən edib.
Əvvəlki məlumat müstəntiqlərin ehtimalına əsaslanırdı ki, Harper-Merceri atışmada polis öldürüb.
Ölənlərin siyahısı da açıqlanıb. Onların yaşı 18-dən 67-yə kimidir. Aralarında tələbələrlə yanaşı kolleci təmizləyən xidmətçi və müəllim də var.
Harper-Mercer kollecə azı 6 silahla gəlib, onun üstündə 5 silah darağı olub. Onun motivi hələ araşdırılır.