Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 10:55

Azadlıqlara dair forum keçiriləcək

 Arzu Abdullayeva. Arxiv fotosu 2008
Arzu Abdullayeva. Arxiv fotosu 2008

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi yaxın günlərdə insan hüquq və azadlıqları məsələlərinə həsr olunmuş forum keçirəcək. Qərar komitənin bu günkü iclasında verilib.

Bu haqda AzadıqRadiosuna VCMK-də təmsil olunan hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.

Toplantıda Azərbaycanda hüquq və azadlıqlar sahəsində vəziyyət haqqında fəaliyyət planının hazırlanması müzakirə edilib. Fəaliyyət planı söz və ifadə, din, seçki, hərəkət, ədalətli mühakimə azadlığı, məhbusların hüquqlarının müdafiəsi, şəxsi həyatın toxunulmazlığı və s. sahələrdəki vəziyyəti əhatə edəcək.

This item is part of
XS
SM
MD
LG