Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:12

"Xəstəxanaya hücum hərbi cinayətdir"


Əfqanıstan hava zərbələri arxiv fotosu
Əfqanıstan hava zərbələri arxiv fotosu

BMT Əfqanıstanın Kunduz şəhərində Sərhədsiz Həkimlər təşkilatının xəstəxanasına hava hücumunu pisləyib. Hücum nəticəsində 12-si heyət üzvü, 4-ü böyük, 3-ü isə uşaq olmaqla, 19 nəfər həlak olub.

BMT nümayəndəsi Zeid Ra’ad Al Hussein deyib ki, "əgər hücumun qəsdən edildiyi məhkəmədə təsdiq olunsa, bu akt müharibə cinayətinə bərabər tutula bilər”.

Sərhədsiz Həkimlər hava zərbəsindən azı 37 nəfərin ciddi xəsarət aldığını, xəstəxananın isə qismən dağıldığını bildirib.

ABŞ prezidenti Barak Obama oktyabrın 3-də hücumla bağlı başsağlığı verib.

XS
SM
MD
LG