Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Dəmiryolla yük daşımaq asanlaşacaq


Qatar.
Qatar.

-

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində gömrük nəzarəti sadələşdiriləcək.

Bunu Trend-ə Bakıda səfərdə olan Türkiyə ticarət və gömrük naziri Cenap Aşçı deyib.

O bildirib: «Biz yüklər barədə məlumatların qarşılıqlı mübadiləsini aparacağıq və bir tərəfin gömrük nəzarətinin nəticələri digər tərəfdən tanınacaq. Bundan başqa, vaqonların dəyişdirilməsini və gömrük nəzarəti zamanı göndərilən yüklərin boşaldılmasını planlaşdırırıq. Bütün bunlar nəzarət prosesini xeyli sürətləndirməyə imkan verəcək».

Türkiyəli nazir BTQ dəmiryolu xəttinin gələcək sərnişinlərinin pasport nəzarəti məsələsinə toxunaraq qeyd edib ki, gələcəkdə bu prosedur sadələşdirilə bilər:

«İlkin mərhələdə pasport nəzarəti ölkə sərhədləri keçilərkən aparılacaq. Bu, sürətli rejimdə həyata keçiriləcək. Gələcəkdə pasport nəzarətinin yola salınma və gəliş məntəqələrində həyata keçirilməsi mümkündür. Lakin bunun üçün iki ölkənin müvafiq qurumları pasport nəzarətinin nəticələrinin qarşılıqlı tanınması barədə razılığa gəlməlidir».

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə 2007-ci ildə başlanıb. Layihə 700 milyon dollardan çox dəyərləndirilir. Tikintinin əsas xərclərini Azərbaycan öz öhdəsinə götürüb.

XS
SM
MD
LG