-
Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 600-dən çoxdur. Dispanser qeydiyyatında olanlar 23 min, profilaktik qeydiyyatda olanlar 5 min 600-dən, anonim müalicə alanlar isə 600-dən çoxdur.
Bunu Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov modern.az saytına bildirib.
T.Məmmədhəsənov deyib ki, 2014-cü ildə 1235 narkotik istifadəçisi qeydiyyata götürülüb: «Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 955 nəfər olub».
Milli Məclis təklif edir ki, cinayət törədən narkotik istifadəçiləri məcburi müalicə alsın. Müvafiq qanunvericiliyə təklifə parlamentin payız sessiyasında baxılması gözlənir.