Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:22

Əfqanıstanda həkimlər bombalanıb


Əfqanıstanda hospital.
Əfqanıstanda hospital.

-

Əfqanıstanın Kunduz şəhərində «Sərhədsiz Həkimlər» qrupunun hospitalı gecəyarısı hava hücumu zamanı dağılıb, 3 işçi həlak olub, 30 nəfər itkin düşüb.

Bu barədə «Sərhədsiz Həkimlər» qrupu məlumat yayıb. Oktyabrın 3-də qrup bildirib ki, onlar hava hücumundan, işçilərinin və pasiyentlərin öldürülməsindən şok keçiriblər.

Qrupun açıqlamasına görə, döyüşlər «Taliban» və NATO-nun dəstəklədiyi əfqan qoşunları arasında gedib.

NATO bu hücuma görə məsuliyyət daşıya biləcəyini deyib. NATO bildirib ki, ABŞ qüvvələri Kunduz şəhərində yerli vaxtla gecə 2-də hava hücumu əməliyyatına rəhbərlik edib. Qurumun açıqlamasına görə, hücum nəticəsində tibb müəssisəsinə də zərər dəyib. «Bu insident araşdırılacaq» – NATO bildirib.

«Taliban»ın hava qüvvəsi yoxdur.

XS
SM
MD
LG