Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

Dənizin ölümü... Məhkəmə başlandı


Dəniz Qorçu.
Dəniz Qorçu.

-

Qobustan rayonundakı «Hər fəsil» istirahət mərkəzində ölümlə nəticələnmiş olayla bağlı cinayət işinə oktyabrın 2-də Qobustan rayon Məhkəməsində ilkin baxış iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna zərərçəkən tərəfin vəkili Sadiq Əfəndiyev məlumat verib.

Hadisə ötən il mayın 23-də Qobustan rayonunun «Hər fəsil» istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Elektromobili məktəblilərdən birinin şəxsi dayəsi Aytən Əzizova idarə edib.

Hadisə ilə bağlı CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Aytən Əzizova barəsində polisin nəzarəti altına verilmə ilə qətimkan tədbiri seçilib.

O BİRİLƏRLƏ BAĞLI İŞ UZADILIR

Vəkilin dediyinə görə, cinayət işində hər üç tərəfin - maşını idarə edən qadın, istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbinin məsuliyyəti qeyd olunsa da, hələ ki, məhkəmə yalnız Aytən Əzizova ilə bağlı işə baxır:

«Biz istintaq zamanı bu işlərin birləşdirilməsinin tərəfdarı idik. Amma Qobustandakı istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbinin hadisədə məsuliyyəti hələ də istintaq olunur. İl yarımdan sonra təkcə Aytən Əzizovanın işi digərlərindən ayrılaraq məhkəməyə göndərilib. O birilərlə bağlı iş hələ də uzadılır. Halbuki faciənin baş verməsində cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar var».

Aytən Əzizova ilə bağlı növbəti məhkəmə iclası oktyabrın 16-na təyin olunub.

Dünyasını dəyişən 10 yaşlı Dəniz «Tutu» uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG