Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Skype “sinxron tərcüməçi” yaradıb


Bu proqram danışanlar arasında tərcüməni real vaxtda, yəni elə söhbət zamanı edəcək.

Skype şirkəti öz xidmətinə Translator (Tərcüməçi) proqramı əlavə edib.

Bu proqram danışanlar arasında tərcüməni real vaxtda, yəni elə söhbət zamanı edəcək.

Hələlik xidmət yalnız altı dildədir: ingilis, fransız, alman, italyan, çin və ispan dillərində.

Skype-ın yeni texnologiyası insan səsini tanıyaraq deşifrə etməyə hesablanıb.

Şirkət bildirir ki, proqram da adi insanlar kimi təcrübə qazandıqca püxtələşəcək.

“Tərcüməçi” daha çox insanlara xidmət göstərdikcə, daha çox yeni sözlər öyrənəcək.

Proqramın müəlliflik haqqı Microsoftdadır.

XS
SM
MD
LG