Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Oreqonda atışmada azı 10 nəfər öldürülüb


Atışmanın baş verdiyi kollec
Atışmanın baş verdiyi kollec

ABŞ mediası xəbər verir ki, Oreqon ştatındakı Umpqua icma kollecində baş vermis atışmada azı 10 nəfər öldürülüb.

ABŞ mediası xəbər verir ki, Oreqon ştatındakı Umpqua icma kollecində baş vermis atışmada azı 10 nəfər öldürülüb.

Yerli hakimiyyət orqanları, sakinləri Rouzburq şəhərində yerləşən kollecin olduğu ərazidən yan keçməyə çağırıb.

3000 tələbənin təhsil aldığı kollecdə atəş açan şəxsin artıq həbs olunduğu xəbər verilib.

Ağ Evin sözçüsü bildirib ki, prezident Barack Obama-ya baş vermis hadisə barədə məlumat verilib.

Polisdən alınan xəbərlərə görə atəş açan kişi olub və atışma sinif otaqlarından birində baş verib.

Daha 11 tələbənin yaralı vəziyyətdə xəstəxanaya aparıldığı və onlardan ikisinin yolda keçindiyi xəbər verilib.

Kollecin bütün müəllim və tələbə heyəti evakuasiya edilib.

XS
SM
MD
LG