Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 00:04

İran da Suriyaya qüvvələr göndərib


Foto arxiv

İran prezident Bashar Assad hökuməti tərəfindən vuruşmaq üçün Suriyaya hərbçilər göndərib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə bu qüvvələr irimiqyaslı quru əməliyyatlarına qoşulacaq.

Reutersin məlumatına görə, Rusiya təyyarələri ABŞ-ın təlim keçdiyi və Assad rejiminə qarşı mübarizə aparan üsyançıların düşərgəsini bombalayıblar.

ABŞ və Rusiya rəsmiləri mümkün təsadüfi toqquşmalardan qaçmaq üçün oktyabrın 1-də danışıqlar aparacaqlar.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.

XS
SM
MD
LG