Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 06:56

XI əsr Azərbaycan ziyalısı ərəb aliminin gözüylə…


Kitab.

-

Tarixçi alim Nərgiz Əliyevanın «İbn Makula azərbaycanlı ziyalılar haqqında» kitabı çapdan çıxıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaydığı xəbərə görə, yeni nəşrdə XI əsrdə Azərbaycanda olmuş görkəmli ərəb alimi İbn Makulanın (1030-1082) 60-dan çox azərbaycanlı-- mühəndis, şair, dilçi, sufi, fəqih, sərkərdə haqqında məlumat verilir.

İbn Makula Gəncə məscidi və kitabxanasını ziyarət edib, yerli alimlərlə görüşüb fikir mübadiləsi aparıb.

Xəbərdə deyilir ki, onun Azərbaycan mədəniyyət mərkəzlərində fəaliyyət göstərmiş bir çox azərbaycanlı alim, o cümlədən özünün şeyxi olmuş İbn Xordadbeh haqqındakı məlumatı ilk qaynaq kimi çox qiymətlidir.

Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

XS
SM
MD
LG