Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Zakir Qaralov hesabat verir


Zakir Qaralov
Zakir Qaralov

-

Oktyabrın 1-i Azərbaycanda prokurorluq işçiləri günüdür. Azərbaycanın baş prokuroru Zakir Qaralov və hərbi prokuroru Xanlar Vəliyev rəsmi mətbuatda hesabat xarakterli məqalələrlə çıxış ediblər.

Baş prokuror bildirib ki, ötən bir ildə prokurorluq orqanlarında icra və əmək intizamını pozduqları üçün 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər prokurorluq orqanlarından xaric olunub.

Zakir Qaralov yazır ki, 2014-cü ilin birinci yarım ilində cinayətlərin 80.1 faizi açılmışdısa, cari ilin müvafiq dövründə bu rəqəm 84.8 olub.

Xanlar Vəliyev isə bildirib ki, 2003-cü illə müqayisədə 2015-ci ildə Silahlı Qüvvələrdə və başqa hərbi birləşmələrdə adam öldürmə 2.2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55% azalıb.

2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb. Bu il zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə alınmayıb.

XS
SM
MD
LG