Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

İraqda oğurlanmış türklər azad edilib


İraq paytaxtı Bağdadda oğurlanmış 16 türkiyəli işçi azad edilib.

İraq paytaxtı Bağdadda oğurlanmış 16 türkiyəli işçi azad edilib.

Bu barədə Tvitterdə yazan baş nazir Ahmet Davutoğlu yazır ki, azad edilənlər hazırda Türkiyənin Bağdad səfirlyindədirlər.

Türkiyəlilər sentyabrın 2-də Sədr şəhərində yatdıqları karvandan oğurlanmışdılar.

İraq hərbiyyəsi bildirir ki, türkləri Bağdadın cənubundakı Babil əyalətində tapıblar.

Onların şiə silahlılar tərəfindən oğurlandıqları xəbər verilmişdi.

Bazar günü xəbər verilmişdi ki, Türkiyə hökuməti türklərin azad edilməsi müqabilində Suriyada sünni silahlıların mühasirəsində olan iki şiə kəndinin əhalisi üçün salamat çıxış təşkil edib.

XS
SM
MD
LG