Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

Gedir quyunun dibinə...


►Bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixracat kəskin azalıb – 46.69 faiz.

Sözügedən azalma Dövlət Gömrük Komitəsinin məlumatında əksini tapıb. Eyni dövrdə bütövlükdə ticarət əməliyyatları da 32.83 faiz azalıb.

İxracatda 1-ci tərəfdaş xeyli geriləyib

Azərbaycanın ixrac məhsulları, əsasən, 15 ölkəyə göndərilir. Bunların arasında yalnız Tunisə ixracatda artım olub (5.75 faiz). Digər ölkələrə ixracda ciddi azalmalar diqqət çəkir.

Ən çox azalma İndoneziyaya ixracatda (78.42 faiz) olub. Azərbaycanın xarici ticarətində uzun müddət birinciliyi buraxmayan İtaliya 53.94 faizlik azalma ilə bu dəfə əlaqələrin zəifləməsində liderlərdən sayılıb.

Azərbaycanın ixracatdakı ticari tərəfdaşları ilə azalmalar

(2015-ci il avqustun 1-nə olan məlumat)

İtaliya – 53.94 %

Almaniya – 18.62 %

Fransa – 48.14 %

İsrail – 41.05 %

Çexiya – 3.98 %

İndoneziya – 78.42 %

Avstriya – 14.19 %

İspaniya – 33.91 %

Gürcüstan – 21.89 %

ABŞ – 41.28 %

Rusiya – 43.63 %

Portuqaliya - 37.16 %

Hindistan – 68.14 %

Türkiyə - 36.48 %.

İlk 8 ayda MDB ölkələrinə ixracatda da 45,13 faiz azalma gözə çarpır. Ukraynaya ixracat 64,37; Rusiyaya - 43,63; Qazaxıstana - 59,42 faiz azalıb. Eyni zamanda Tacikistana, Türkmənistana və Moldovaya ixracat xeyli artıb.

Buna da bax: Oqtay Haqverdiyev: “Biz daha eşşəyə minmişik”

“Azalmanın tək səbəbi – neftin ucuzlaşmasıdır”

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ixracatda azalmanın tək səbəbi - neftin ucuzlaşmasıdır.

O, Tunisə ixracat artımının buranın yeni bazar olmasından və əvvəlki tərəfdaşlığın çox zəifliyindən qaynaqlandığını düşünür.

Ekspertin qənaətinə görə, ixracatın azalması ciddi iqtisadi problemlər doğuracaq:

“Bir müddət sonra tədiyyə balansında mənfi saldo yarana bilər. Bu, manata basqıları daha da artıracaq və ölkənin valyuta ehtiyatlarını azaldacaq. Avropa İttifaqı ölkələri son 15 ildə Azərbaycanın əsas ixrac bazarı olub. Əsas ixrac məhsulumuz olan nefti, uzun illərdir ki, ən çox alan ölkə İtaliyadır. Fiziki baxımdan həcmlər ciddi şəkildə azalmasa da, neftin ucuzlaşması pul ekvivalentində ciddi azalma doğurub”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG