Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Fevral, çərşənbə, Bakı vaxtı 22:10

Bağdadda oğurlanan türklər azad edildi


Ahmet Davutoglu

Bağdadda oğurlanan və təxminən 1 aydır ki, girovluqda olan 16 türkiyəli fəhlə azad edilib.

Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib ki, işçilər sentyabrın 30-da Türkiyənin İraqdakı səfirliyinə təhvil veriliblər və səhətləri yaxşıdır.

Amma o məsələnin detallarına aydınlıq gətirməyib.

Türkiyə tikinti şirkətinin işçiləri olan 18 nəfər sentyabrın 2-də Bağdadın Şimalında oğurlanmışdılar.

Onlardan 2-si girov götürüldükdən 2 həftə sonra azad edilib.

XS
SM
MD
LG