Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:21

-

«Azərbaycan aqressiv hərəkətləri davam etdirərsə, Ermənistanın seçimi qalmayacaq».

Bunu Ermənistan prezidenti Serzh Sarkisian Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışında deyib:

«Biz lazımi hüquqi və hərbi-siyasi addımları ataraq Ermənistanda və Dağlıq Qarabağda təhlükəsizliyi, dinc inkişafı təmin edəcəyik».

O, Bakını reallıq hissini və insani normaları itirməkdə ittiham edib. Deyib ki, sərhədyanı yaşayış məntəqələri artilleriya atəşinə tutulur.

Ermənistan prezidentinin fikrincə, Azərbaycan dinc danışıqları pozur. Regionu yeni müharibəyə sövq edir ki, öz cəmiyyətini ölkənin neft dolları üzərində qurulmuş iqtisadiyyatı laxladığı bir vaxtda daxili problemlərdən yayındırsın.

XS
SM
MD
LG