-
Avqustun 1-də Azərbaycan Belarusdan 36 milyon 911.7 min dollara 12 dəmiryolu vaqonu alıb.
Belarus statistika qurumunun məlumatına görə, may-iyulda Azərbaycana ümumi qiyməti 21 milyon 355.3 dollar olan 6 motorlu sərnişin dəmiryolu vaqonu tədarük edilib. Bir vaqon 3 milyon 559 min 217 dollara satılıb.
Xəbəri Turan agentliyi yayıb.
Bundan əlavə, Belarusdan ümumi qiyməti 15 milyon 556.4 min və ya biri 2 milyon 592 min 733 dollar olan 6 motorsuz vaqon alınıb.
«Azərbaycan Dəmir Yolları» QSC (ADY) və «Stadler Rail Group» (İsveçrə) bu ilin mayında Bakıda 5 ikimərtəbəli sərnişin qatarı alınması barədə saziş imzalayıb. İndiyədək 3 qatar tədarük edilib.
Azərbaycan tərəfi sazişin qiymətinin 60-70 milyon avro olduğunu bəyan edib. Ödəniş 20 ilə həyata keçiriləcək.
4 vaqondan ibarət bir qatar 919 sərnişin tutur. Bu qatarlar Bakı-Sumqayıt xəttində hərəkət edir.