Türkiyənin cənub-şərqində və Suriya sərhəddi boyunca gedən toqquşmalarda 60-a yaxın kürd yaraqlısı öldürülüb.
Türkiyə prezidenti Racep Tayyib Erdoganın sentyabrın 29-da bildirib ki, təkcə ötən gecə İraqın şimalında keçirilən əməliyyatda 30 kürd yaraqlısı öldürülüb.
Həmçinin sentyabrın 28-də İraq sərhəddində baş verən başqa bir toqquşmada 6 kürd yaraqlısı öldürülüb.
Elə həmin gün Adana şəhərində isə 2 Türkiyə polisi öldürülüb.
Bundan əvvəl, sentyabrın 25-də İraqın şimalında keçirilən hava reydləri zamanı isə azı 19 yaraqlı öldürülüb.
Erdoganın sözlərinə görə, iyuldan bu yana İraq və Türkiyədə keçirilən əməliyyatlar nəticəsində təxminən 2 min yaraqlı öldürülüb.
Bu meddət ərzində həmçinin 150 Türkiyə polisi və əsgər həlak olub.