Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 12:02

"Yazı" dərgisinin 15-ci sayı çıxdı


- “Yazı” ədəbiyyat dərgisinin 15-ci sayı işıq üzü görüb.

“Bir kitab şeir” rubrikasında Rasim Qaracanın şeirləri, “Nəsr” bölümündə Rövşən Yerfinin “Qazamat sanitarları” adlı uzun hekayəsinin sonu, Usuboğlu, Şərif Ağayar, Natiq Mənnədli, Müşfiq Xan, Etibar Salmanlı, Namiq Hüseynli, Samir İlqaroğlu, Rövşən Danyeri, Ayxan Ayvaz, Hacıbala Səfərov, Fariz Yunisli, Günel Natiq, Fərhad Zeynalovun hekayələri və Azad Qaradərəlinin “Şüşə ev” romanının davamı çap olunub.

“Poeziya” bölməsində Ziba Xəlil, Kənan Hacı, El-Sevər, Furqan, Vəfa Mürsəlqızı və Qalib Bəhramoğlunun şeirləri yer alıb.

“Sözümüzün yiyələri” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının davamı, “Güney sovqatı”nda Rza Talibi, Kiyan Xiyav, Məhəmməd Səfəri, M.Ləvai və Ruqiyyə Səfərinin yazıları verilib.

Dərginin “Çevirmə” yerində Xulio Kortosar, M.Saltıkov-Şedrinin əsərlərindən nümunələr, “Esseistika” bölümündə Niyazi Mehdinin “Dilüstü və diliçi gəzişmələrdən” adlı essesinin əvvəli və Tomas de Valın “Əli və Nino” məqaləsi verilib.

“Sənədli nəsr” guşəsində Böyükxan Nağıyevin “Ölmədik, yaşadıq” memuarı “Palitra”da isə görkəmli Meksika rəssamı Frida Kahlo yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

“Yazı”nın yeni sayını rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

XS
SM
MD
LG