Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Dunja Mijatovic: «Jurnalistlər azad edilməlidir»


Dunja Mijatović
Dunja Mijatović

-

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Tbilisdə Cənubi Qafqazda media konfransında çıxış edib. Mijatović deyib ki, günü bu gün Bakıya getməyə hazırdır:.

«Azərbaycanda mətbuat azadlığının durumu və jurnalistlərin, o cümlədən Xədicə İsmayılovanın azad olunmasını hökümət rəsmiləri ilə müzakirə etmək üçün Bakıya getməyə hazıram. Mənim mövqeyim dəyişməz qalır və əvvəlki bəyanatlarımı təkrar etməyə hazıram- həbsə atılan jurnalistlər azad edilməlidilər»

Dunja Mijatović əlavə edib ki, Azərbaycanda jurnalist və hakimiyyəti yaranmış vəziyyətdən çıxarmağa yardım edə bilərlər:

«Bu məsələlər mənim mandatıma daxildir. Hökümət və mətbuat arasında dialoqun yaranması üçün çalışmağa və Bakıya səfər etməyə hər zaman hazıram».

Tədbirdə üç ölkənin mətbuat, QHT və hökümət nümayəndələri iştirak ediblər. Sayca 12-ci olan konfrans ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin ofisi tərəfindən təşkil olunub. Builki movzu Digita Media və mətbuat azadlığıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG