Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:29

Pensiya yaşı artırıla bilər


Elman Mehdiyev
Elman Mehdiyev

►"Hökümət vəziyyətdən çıxış yolunu pensiya yaşını artırmaqla pensiyaçıların sayını azaltmaqda görür."

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac olduğunu deyib (APA).

DSMF sədrinin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri şəkildə tənzimlənməsi pensiya sistemləri qarşısında mühüm vəzifədir:

“Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə maliyyə dayanıqlığına nail olmaq üçün qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılma zəruriliyi apardığımız aktuar tədqiqatlarla ortaya qoyulub”.

E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını belə şərh edib:

“Yaxın günlərdə bu aktual tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərdə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bu, bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bundan ötrü müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ tezdir”

Buna da bax: AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist dindirilib

Yaş artımı maliyyə çatışmazlığı ilə bağlıdır

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqitsadçı ekspert Qubad İbadoğlu deyir ki, bu təklifin müzakirəyə çıxarılması, çox güman, pensiya sistemində növbəti ildən müşahidə oluna biləcək maliyyə dayanıqlığı ilə əlaqədardır:

Pensiya sisteminin sığorta hissəsi də səmərə vermir.

“Həqiqətən də ildən-ilə DSMF-in büdcəsi böyüyür, xərclər artır, gəlirlər tükənir. Növbəti il üçün bu fondun büdcəsi 3 milyard manatdan çox proqnozlaşdırılır. Amma nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin imkanları da məhdudur. Sosial sığorta ayırmalarını da diqqətə almaqla büdcə sferasinda çalışanların növbəti ildə də pensiya fondunun əsas donoru dövlət büdcəsi olsa da, büdcədən birbaşa 1,1 milyard transfert ediləcək”.

Buna da bax: Ay qan rəngində: 33 ildə ilk dəfə- [Video]

Pensiyanın sığorta hissəsi səmərə vermir

Ekspertin fikrincə, özəl sektordan daxilolmaların azalması gərginlik yaradır:

“Bu da həmin sektorda iş yerlərinin ixtisarı və əməkhaqqının aşağı səviyyəsi ilə bağlıdır. O səbəbdən pensiya sisteminin sığorta hissəsi də səmərə vermir. Görünür, hökümət vəziyyətdən çıxış yolunu pensiya yaşını artırmaqla pensiyaçıların sayını azaltmaqda görür. Çünki başqa alternativlər əlavə maliyyə qaynaqları bağlıdır ki, o da məhduddur”.

Pensiya yaşı daha öncə 2009-cu ildə artırılıb. Dəyişiklikliyə görə, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq, müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG