-
Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.
Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilir ki, sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü Telman Əhmədlinin axtarışı başa çatıb.
Xilasedicilər onun meyitini batdığı yerdən 10 km aralıda taparaq ailəsinə təhvil verib.