Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:29

Londonda iki yeniyetmə həbs edilib


Onların adları hüquqi mülahizələrlə gizli saxlanır. Yalnız 14 və 16 yaşlarında olduqları xəbər verilib.

Ötən şənbə günü Londonda Qərbi Avropanın ən böyük məsçidi olan “Beytül-Fütuh”da baş vermiş böyük yanğınla əlaqədar iki yeniyetmə həbs edilib.

Onların adları hüquqi mülahizələrlə gizli saxlanır. Yalnız 14 və 16 yaşlarında olduqları xəbər verilib.

Şəhər yanğınsöndürmə idarəsinin məlumatına görə? yanğın binaya ciddi ziyan vurub.

Bununla belə, yanğını lokallaşdırmaq və söndürmək mümkün olub.

Londonun cənubunda yerləşən bu məsçid Qərbi Avropanın ən böyük məsçididir.

“Beytül-Fütuh” məsçidi 1999-cu ildə Əhmədiyyə icması tərəfindən tikilib. 15 milyon funt sterliqə başa gəlmiş məsçiddə eyni vaxtda 10 min nəfər ibadət edə bilir.

Əhmədiyyə cərəyanı İslamın dinc yollarla yayılmasına çalışır.

Britaniya mətbuatı yazır ki, sülhpərvər mövqeyinə görə Əhmədiyyə icması radikal islamçıların tənqid və hətta hücumlarına məruz qalır.

Əhmədiyyə icmasının lideri lord Əhməd hökumətdə nazir müavini vəzifəsini tutur.

XS
SM
MD
LG