-
Fransa Suriyada “İslam Dövlətinə” qarşı hava hücumuna başlayıb. Bu barədə sentyabrın 27-də Fransa prezident administrasiyasından məlumat verilib.
Açıqlamada o da deyilir ki, “terror təhlükəsi ilə mübarizə” əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi kolasiya tərəfdaşları ilə razılaşdırılıb.
Fransa ekstremist qrupun Suriya və İraqda böyük bir ərazini ələ keçirməsindən sonra 2014-cü ilin sentyabrında bu yaraqlılara qarşı hava zərbələri həyata keçirən ABŞ-a qoşulub.
Bu ayın əvvəlində Fransa prezidenti Francois Hollande bildirmişdi ki, Fransa Suriya ərazisində “İslam Dövləti”nə qarşı hücuma başlamağı zəruri sayır.