Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Kerry və Zarif Suriyanı müzakirə ediblər


ABŞ dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə görüşdə Suriya münaqişəsinin çözümünə ümid etdiyini bildirib

ABŞ dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə BMT Baş Assambleyasının kuluarlarında baş tutmuş görüşdə Suriya münaqişəsinin çözümünə ümid etdiyini bildirib.

Qərb rəsmiləri bildirirlər ki, Kerry Suriya münaqişəsinin diplomatik yollarla çözümü üçün yeni təşəbbüs üzərində işləyir.

O, bu münaqişənin çözümündə Suriya prezidentini dəstəkləyən Rusiya ilə yanaşı İranın da iştirakını mümkün sayır.

Hələlik bu tənzimləmədə Tehranın nə rol oynayacağı tam bəlli deyildir.

ABŞ son vaxtlaradək Bashar al-Assad-ın hakimiyyətdən getməsini tələb etsə də, hazırda onun keçid dövrü üçün postunda qalmasını mümkün sayır.

Dövlət katibi iranlı həmkarı ilə söhbətində Yəməndəki münaqişə məsələsinə də toxunub.

Diplomatlar bildirirlər ki, ABŞ İranın Assad-ın başqa bir ələvi prezidentlə əvəz edilməsinə müsbət baxa biləcəyini istisna etmir.

Kerry Zarif-i həmçinin İranda həbsdə olan və itkin sayılan ABŞ vətəndaşları ilə bağlı problemin həllinə çağırıb.

XS
SM
MD
LG