FİFA-nın etika komitəsi prezident Sepp Blatter-lə yanaşı UEFA rəhbəriMichel Platini-ni də araşdırmaq qərarına gəlib.
Bundan bir qədər əvvəl İsveçrə 79 yaşlı Blatter barəsində cinayət təhqiqatına başlayıb.
O FİFA üçün “sərfəli olmayan” kontraktı imzalamaqda və Platini-yə qanunsuz ödəniş etməkdə ittiham olunur.
Blatter ittihamları rədd edir.
FİFA-nın etika komitəsi Platini-yə qanunsuz olaraq ödəndiyi söylənən 2 milyon İsveçrə frankı ilə bağlı məsələni araşdıracaq.
1999-2002-ci illərdə Blatterin texniki müşaviri kimi çalışan Platini prokurorluq tərəfindən şahid qismində istintaqa cəlb olunub.