Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

Mustafa Jemilev Milli Şuranın sədri oldu


Mustafa Jemilev.
Mustafa Jemilev.

-

Ukrayna prezidenti Petro Poroshenko Krım-tatar xalqının məsələləri üzrə səlahiyyətlisi, deputat Mustafa Jemilev-ə yeni vəzifə verib. Onu antikorrupsiya siyasəti üzrə Milli Şuranın sədri təyin edib. Bu fərman sentyabrın 26-da prezidentin saytında yerləşdirilib.

Həmin fərmanda Milli Şuranın tərkibi də müəyyənləşdirilib. Şura üzvləri arasında prezident administrasiyası başçısının müavini Andrei Taranov, ABŞ-ın Ukraynadakı ticarət palatasının prezidenti Andre Gunder, «Transparency International» Ukrayna ictimai təşkilatının başçısı Andrei Marusov, iqtisadi inkişaf və ticarət nazirinin müavini Maxim Nefedov və başqaları var.

Antikorrupsiya siyasəti üzrə Milli Şura 2014-cü ilin oktyabrında yaradılıb.

XS
SM
MD
LG