Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:17

Bir gündə milyonların nifrət etdiyi şəxsə çevrildi


Martin Shkreli
Martin Shkreli

-

«Turing» əczaçılıq şirkətinin 32 yaşlı müdiri daha çox AIDS xəstələrinin istifadə etdiyi dərman preparatının qiymətini elə həddə qaldırıb ki, bu həftə hər kəs ondan danışır. Hətta keçmiş dövlət katibi Hillary Clinton «Twitter» hesabında dərmanın bahalaşmasını biabırçılıq adlandırıb.

«Turing» şirkətinin müdiri Martin Shkreli «Daraprim» adlı dərmanın qiymətini 13.50 dollardan 750 dollara qaldırıb.

«The Daily Beast» M.Shkreli-ni «ABŞ-da ən çox nifrət edilən şəxs» adlandırıb.

CNN yazır ki, «Daraprim»dən AIDS və xərçəng xəstəliklərindən əziyyət çəkənlər istifadə edir. 62 ildir ki, bu dərman istehsal olunur, amma Shkreli-nin kompaniyası bu ilin avqustunda preparatın satış hüququnu əldə edib.

M.Shkreli deyib ki, o, ittihamları eşidib, ola bilsin ki, qiyməti bir qədər ucuzlaşdırsın, amma o, konkret rəqəm deməyib.

M.Shkreli milyonerdir, bir neçə şirkət təsis edib. Onu tanıyanlar deyirlər ki, inanılmaz dərəcədə ağıllıdır, amma diqqəti sevir, «qırmızı xətt»ə yaxın gəzməyi xoşlayır.

Indi tənqid atəşinə tutulan «Turing» kompaniyasını yaratmazdan qabaq o, «Retrophin» əczaçılıq şirkətinin icraçı direktoru olub, şirkətin 500 milyon dollar dəyər qazanmasına yardım edib, amma keçən il zəif menecment bacarıqları, xüsusilə «Twitter»də yazdıqlarına görə işdən çıxarılıb.

«Retrophin» Shkreli-ni yalnız öz mənfəətini güdməkdə suçlayır.

50 MİLYON DOLLARLIQ VAR-DÖVLƏT

M.Shkreli öz var-dövlətini açıqlamır, amma hesab edilir ki, onun 50 milyon dollarlıq varidatı var. O, milyoner olmazdan öncə Bruklində şahmat oynamağa başlayıb. Uşaq vaxtı şahmat oynadığı Marty adlı yaşlı qonşusu ona səhmlər, biotexnologiya barədə çox danışıb. O deyir ki, uşaq vaxtı deyilənləri yadda saxlayıb və düşünüb ki, onun da iri şirkəti olacaq.

Albaniya miqrantının ailəsində böyüyən Shkreli-nin uğurlarında - o, buranı bitirməsə də - Hanter Kolleci böyük rol oynayıb. Bu ilin əvvəlində Shkreli bu kollecə 1 milyon dollarlıq ianə verib.

2006-cı ilin məzunu Zack Kolin deyib ki, bu ianəni qaytarmaq lazımdır: «Əminəm ki, bu pullar qana bulaşıb».

Shkreli isə çalışır ki, özünü müxtəliflik yaradan biri kimi təqdim etsin, nəinki yalnız pul qazanan. «Səhm bazarında spekulyasiya kapitalizmdə bitməmiş səfərə bənzəyir», - o, CNN-ə müsahibəsində bildirib.

Onu tanıyanlar deyirlər ki, Shkreli-nin nadir xəstəlikdən əziyyət çəkən bacısı var və bu da onu əczaçılıqda axtarışlara vadar edir.

«Daraprim»in qiymətinin 55 dəfə qaldırılmasını elan edəndən sonra Shkreli deyib ki, əldə olunan gəlirlərlə daha güclü dərman hazırlayacaq.

AIDS xəstələrini təmsil edən dərnəklər və amerikalı siyasətçilər biznesmenin yalan söylədiyini düşünürlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG