Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

Məkkədə oteldə yanğın olub


Məkkədə - Mina dağında yaranan qarışıqlıqda ölənlərin sayı 700-ü keçib.
Məkkədə - Mina dağında yaranan qarışıqlıqda ölənlərin sayı 700-ü keçib.

-

Sentyabrın 25-də Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib.

APA bildirir ki, yanğın azərbaycanlı zəvvarların qaldığı «Əli Musa» otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanan oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsilə evakuasiya olunublar. Zəvvarların dediyinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər.

Sentyabrın 24-də Məkkədə - Mina dağında yaranan qarışıqlıqda ölənlərin sayı 700-ü keçib, 800-dən çox yaralı olduğu bildirilir.

XS
SM
MD
LG