Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:31

Avropa ilə savaşın təlaşı – iqtidar komandası pərişan


İlham Əliyev.
İlham Əliyev.

-

«Yeni Müsavat» qəzeti Azərbaycan iqtidarıyla Qərb arasındakı münasibətləri belə xarakterizə edir: «Son dərəcə pisdir, gərgindir və görünən də budur ki, Azərbaycan iqtidarı qəti şəkildə kompromisə meyllənmir, Avropa Parlamentinin təhdiddən daha çox ön sanksiyaya bənzəyən qərarından narahat olmur, hər hansı qarşıdurmadan çəkinmir».

Bununla belə, «Yeni Müsavat» yazır ki, hakim düşərgə yaranmış vəziyyətdən narahatdır və nə baş verdiyini, ölkə rəhbərliyinin niyə ayaqyeri qoymadan Avropaya savaş açdığını sonuna qədər anlamır.

Qəzet «Niyə Avropa Azərbaycana qarşı, iqtidarın termini ilə desək, «kağız parçası» ilə aranı qızışdırır» sualına cavab tapmağa çalışır:

«Avropa institutları ilə münasibətləri gərginləşdirən əslində Amerikadır. Məqsəd isə Azərbaycana təsirli təzyiqlər edib, onun Rusiyaya doğru istiqamətlənən siyasi yönümünü təkrar Qərb orbitinə qaytarmaqdır».

Hətta qəzet iddia edir ki, Qərb hakimiyyətin içindən müxalifət hazırlayır- 2005-ci ilin payızında nazirlər və Əliyevlərdən biri ilə qurulan çevriliş ssenarisi ən ehtiyatlı şəkildə siyasi səhnəyə istiqamətlənməkdədir.

«O ƏLİBIÇAQLI GENERAL OĞLU BÜTÖVLÜKDƏ REJİMİN OBRAZIDIR»

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin son üç gündə müzakirə mövzusu olan video haqda yazdıqlarını yayıb. Söhbət DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində ofisiantı bıçaqlamasından gedir.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri bu olayın videoyazısına baxdıqdan sonra orada maraqlı pozitiv cəhət tapıb. O yazır:

«Mən bu videoya baxanda dərhal ağlıma gəldi ki, bu əlibıçaqlı general oğlu bütövlükdə rejimin obrazıdır. Ondan qaçmağa çalışan ofisiant dostumuz da bu xalqın ümumiləşdirilmiş obrazı. Çox güclüdür, amma özgüvəni aşağıdır, başını aşağı salıb, gündəlik çörəkpulusunu qazanmaq istəyir. Amma bıçaqlanandan sonra da zalımın ondan əl çəkmədiyini görüb, başa düşür ki, bu bəla qaçmaqla qurtaran deyil. Qaçmağın çarə olmadığını anlayıb, xeyli qan itirməsinə baxmayaraq, onu qovan azğının üstünə gedir və üçcə saniyəyə o azğını yerə çırpır.

Xalqımız da hələ əlibıçaqlı zalımların önündən qaçır. Amma gün gələcək ki, qaçmağın çarə olmadığını qəbul edəcək. O zaman siz bu zalımlar ordusunun aqibətini düşünün».

SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLANLAR İŞLƏ TƏMİN EDİLİR

«Azərbaycan» qəzeti yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-avqust aylarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 577 nəfəri kvota üzrə ayrılan iş yerləri ilə təmin edib.

Onların 208 nəfəri əlil, 130 nəfəri məcburi köçkün, 95 nəfəri yetkinlik yaşına çatmayan uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG