Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 09:05

«Apple» elektromobil düzəldir


Apple Car.

-

«Apple» şirkətinin elektrik avtomobilləri 2019-cu ildə bazara çıxa bilər.

«The Wall Street Journal» yazır ki, avtomobil istehsala hazırdır.

Ötən həftələrdə bu layihə üçün şirkət 600 nəfər işə götürüb. Avtomobil tamamilə kompüter və mobil texnologiyalarla təchiz ediləcək.

Avtomobilin yanacaq sərfi baxımından sərfəli və təbiət dostu olacağı gözlənilir. Yeni nəsil avtomobillərdə olan «ECU» adlanan «beyin»i iOS əməliyyat sistemi idarə edəcək. «iPhone» və «iPad» cihazlarla avtomobildə müəyyən funksiyaları yerinə yetirmək olacaq.

Avtomobilin dizaynı ilə bağlı hələ ki elə bir məlumat yoxdur. İnternetdəki fotolar da sadəcə təxminlərə əsaslanır. Avtomobilin dizaynını keçmiş «Ford» dizaynerlərindən Mark Newson öhdəsinə götürüb.

Şirkətin avtomobili 2017-ci ildə böyük bir avtomobil sərgisində təqdim edəcəyi gözlənilir.

Avtomobil 2019-cu ildə satışa çıxarılacaq.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG