Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:07

Pentaqon əfqanlar arasında “oğlanbazlığı” görməməzliyə vurubmu?


Foto arxivdəndir
Foto arxivdəndir

“The New York Times” : Əfqanıstanda xidmət etmiş Amerika hərbçilərinin orada uşaqlara qarşı cinsi təcavüz barədə danışdıqları ürək bulandırır.

Əfqanıstanda xidmət etmiş Amerika hərbçilərinin orada uşaqlara qarşı cinsi təcavüz barədə danışdıqları ürək bulandırır.

“Əfqan polisləri tərəfindən seksual təcavüzə məruz qalan oğlan uşaqlarının gecə çığırtıları… Burada üç-dörd əfqan kişi hərbi bazadakı otaqda döşəmənin üstündə uzanıblar. Yanlarında, böyük bir ehtimalla seks oyunu üçün saxlanan oğlan uşaqları da var” – deyilir “The New York Times” qəzetinin redaksiya məqaləsində.

Jurnalist Kirsten Luce yazır ki, Amerika əsgərlərinin və dəniz piyadalarının bu vəziyyətə müdaxilə edə bilməmələri daha acınaqcaqlıdır.

Uşaqbazlıq mədəniyyətin bir hissəsi?

“The Times” jurnalında dərc olunmuş başqa bir əhvalatda isə iddia edilir ki, Amerika hərbçilərinə əfqan müttəfiqlərin bu hərəkətlərini görməməzliyə vurmağı öz komandirləri əmr ediblər. İzah ediblər ki, bu, əfqan mədəniyyətinin bir hissədidir.

Amerika hərbçilərinə əfqan müttəfiqlərin bu hərəkətlərini görməməzliyə vurmağı öz komandirləri əmr ediblər. İzah ediblər ki, bu, əfqan mədəniyyətinin bir hissədidir

Məqalədə iddia olunur ki, Pentaqonun təlimləndirdiyi əfqan əsgərlər arasında uşaqbazlığın yayılmasına göz yumması Amerika dəyərləri ilə bir araya sığmır.

Kirsten Luce yazır ki, uşaqlara qarşı cinsi təcavüz, xüsusilə də ucqar yerlərdəki komandirlərin arasında geniş yayılıb. Buna yerli dildə beçəbazi (oğlanbazlıq) deyirlər. Nüfuzlu əfqan kişilər çox vaxt yanlarında oğlan uşaqları saxlayırlar və bu, bir növ sosial statusun göstəricisinə çevrilib.

“The New York Times” iddia edir ki, Amerika hərbçilərindən əfqan müttəfiqlərin arasında geniş yayılan bu hala etiraz edənləri ya intizam qaydasında cəzalandırıblar, ya da onların hərbi karyeraları məhv olub.

ABŞ Əfqanıstanı düzəldə bilmədi

Belə əhvalatlardan biri də Xüsusi Qüvvələrin o vaxtkı kapitanı Dan Quinn-in başına gəlib. O 2011-ci ildə bir oğlan uşağını seks köləsi kimi çarpayısının ayağına zəncirləmiş əfqan komandiri əzişdirib.

Buna görə də ordu, kapitan Quinn-i vəzifəsindən azad edib.

Kapitan Dan Quinn 2011-ci ildə bir oğlan uşağını seks köləsi kimi çarpayısının ayağına zəncirləmiş əfqan komandiri əzişdirib

Pentaqon bu qənaətdədir ki, zorlamalardan hərbi silah kimi istifadə edilmədiyi hallarda Amerika hərbçilərindən başqa pozuntular barədə məruzə etmək tələb olunmur.

Lakin insan haqları fəalları bildirilər ki, Cenevrə Konvensiyasına görə zorlama da daxil, bütün zorakılıqlar qanundankənar sayılır.

The New York Times yazır ki, 14 illik müharibədən və milyardlarla dolların xərclənməsindən sonra Birləşmiş Ştatlar Əfqanıstanı “düzəldə” bilməyib.

General inkar edir, prezident vəd verir

“The New York Times” qəzetinin bu məqaləsində qaldırılmış iddialar NATO-nun Əfqanıstandakı yüksək rütbəli zabiti tərəfindən rədd edilib.

General John Campbell iddiaları rədd edib
General John Campbell iddiaları rədd edib

Əfqanıstanda ABŞ və müttəfiqlərin ordu birləşmələrinə komandanlıq edən general John Campbell deyib ki, o, Əfqanıstana bir neçə dəfə reyd səfərlərində olub və belə bir siyəstin yürüdüldüyünü müşahidə etməyib.

"Mən tam əminliklə deyirəm ki, başqalarına qarşı hər hansı seksual təcavüz və ya hər hansı pis rəftar onu törədənin kimliyindən asılı olmayaraq tamamilə qeyri-məqbuldur” – deyib general.

General deyib ki, iddiaları Əfqanıstan prezidenti Ghani ilə müzakirə edib və prezident məqalədəki iddiaları araşdırmağı və ədalətli tədbirlər görməyi vəd edib.

XS
SM
MD
LG