Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:53

AzAL Moskvaya ucuz reys açdı


►“Azərbaycan Hava Yolları” şirkəti oktyabrın 25-dən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.

AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.

Şirkətin mətbuat xidməti bildirir ki, uçuşlar “Airbus A320” təyyarəsi ilə hər gün həyata keçiriləcək.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir.

Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.

Buna da bax: Azərbaycanda yenə devalvasiya gözlənir- AİB

Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq.

Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.

Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.

Bir neçə ay əvvəl prezident İlham Əliyev təyyarə biletlərinin qiymətindən gileylənmişdi.

XS
SM
MD
LG