Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Paraqvay Qarabağı Azərbaycan ərazisi sayır

Paraqvay.
Paraqvay.

-

Paraqvay Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Paraqvay öz bəyanatı ilə Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edib.

«Paraqvay Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır»,- məlumatda deyilir

This item is part of
XS
SM
MD
LG