Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 18:20

Sərnişin sürücünü döyüb


Foto illüstrasiya.

-

Bakıda sərnişin sürücünü döyüb, sürücü xəsarət alıb.

Müsavat.com yazır ki, sentyabrın 21-də 33 saylı xətdə hərəkət edən avtobusda sərnişinlə sürücü arasında mübahisə yaranıb. Şahidlərin dediyinə görə, sürücü Kamil İbrahimov sərnişinin göstərişinin əksinə olaraq, avtobusu dayanacaqdan kənarda saxlamayıb. Kimliyi hələ polisə bəlli olmayan sərnişin isə sürücüyə hücum edib.

Kamil İbrahimovu sürücü yoldaşları 1 saylı şəhər klinik tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.

Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi paytaxt polisi hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.

XS
SM
MD
LG