Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16

Bir ailənin üç mənzilində oğurluq olub


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakıda bir gündə eyni ailənin üç mənzili qarət olunub.

APA-nın məlumatına görə, hadisə ilə sentyabrın 22-də Binəqədi rayonu, Mikayıl Ələkbərov küçəsində yaşayan ailə üzləşib.

Övladları ilə eyni həyətdə yaşayan Yusif Novruzov ailəsi ilə nəvəsinin kiçik toy mərasimində olub.

Naməlum şəxs və ya şəxslər gizli yolla onun həyətinə daxil olaraq, ata və iki oğlunun mənzilini qarət ediblər.

Yusif Novruzovun dediyinə görə, oğrular əsasən qızıl məmulatları aparıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Cinayəti törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XS
SM
MD
LG