Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

Gəncədə 3 maşın toqquşub


Polis.
Polis.

-

Sentyabrın 22-nə keçən gecə Gəncədə 3 maşın toqquşub, xəsarət alanlar var.

Kəpəz TV-nin məlumatına görə, 5 yaralı xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, Gülüstan qəsəbəsində şəhər istiqamətinə hərəkət edən «Daewoo» markalı minik maşını yolun qadağan olunmuş ərazisinə keçərək qarşı tərəfdən gələn «Niva» və«VAZ 21015» ilə toqquşub.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

XS
SM
MD
LG