Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 08:10

Bütün dünyada "Skype"da problem yaranıb


Foto arxiv

Bazar ertəsi, Bakı vaxtı ilə günorta saat 1-dən "Skype" proqramının şəbəkəyə qoşulması ilə bağlı bütün dünyada problem yaranıb. "Skype"ın sahibi "Microsoft" bəyanat yayaraq problemin olduğunu təsdiqləyib.

Əksər istifadəçilər "Skype" hesabına daxil ola bilmirlər. Bundan başqa, çox istifadəçinin statusu offline rejime keçib; onlar online olsalar belə zəng vurma funksiyasından istifadə edə bilmirlər.

“Microsoft” bəyan edib ki, “offline” kimi görünən istifadəçilərə zəng də vurmaq mümkün olmur.

Böyük Britaniya, Avstriya, Yaponiya da istifadəçilər eyni problemlə üzləşiblər.

"Skype"a hazırda Azərbaycanda da hamı daxil ola bilmir.

“Skype” şirkəti Twitter-də yazıb ki, problemin həlli üçün çalışırlar.

XS
SM
MD
LG