Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:44

-

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva pakistanlı kimsəsiz uşaqlar üçün Qurban bayramı keçirib.

AzərTac-ın xəbərinə görə bayram tədbiri «Pakistan Sweet Homes» yetimlər evinin İslamabad, Abbotabad və Kəraçi şəhərlərində yerləşən şöbələrində baş tutub.

Tədbirlərdə çıxış edən Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur deyib ki, Mehriban Əliyeva Pakistanın imkansız insanlarına həmişə xeyirxah davranıb: «Pakistanda Mehriban xanım kimi xeyriyyəçilik işləri görən şəxsiyyətlər tapmaq çətindir».

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib ki, sentyabrın 24-25-də İslamabad, Abatabad və Karaçı şəhərlərində də iribuynuzlu qurbanlıqlar kəsiləcək. Qurbanlıqlar 3600 kimsəsizə və digər ehtiyacı olan insanlara paylanılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG