Keçid linkləri

2026, 07 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:56

İçərişəhərdə «Avropa şəhərciyi» açılıb

«Avropa şəhərciyi»
«Avropa şəhərciyi»

-

Sentyabrın 19-da Bakının tarixi mərkəzi olan İçərişəhərdə «Avropa şəhərciyi» açılıb. Bu tədbir Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Aİ üzvü olan ölkələrin səfirlikləri tərəfindən Bakı sakinlərini Avropa ölkələrinin milli ənənələri və mədəniyyəti ilə tanış etmək məqsədilə təşkil edilib.

Belə ki, hər bir ölkə ayrı-ayrı çadırlarda öz mədəniyyətini, milli mətbəxini nümayiş etdirir.

Saat 20.00-a qədər davam edəcək tədbirin proqramına əyləncə şousu, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir.

Bakıda «Avropa şəhərciyi» artıq üçüncü ildir keçirilir.

This item is part of
XS
SM
MD
LG