-
Tbilisinin keçmiş meri Gigi Ugulava 4 il yarım müddətinə həbs olunub. 40 yaşlı Ugulava dövlət vəsaitlərinin israfında günahlandırılır.
Onun vəkili Beka Basilaia deyib ki, məhkəmə müştərisinə verilən ittihamı sübuta yetirməyib.
Gigi Ugulava sentyabrın 17-də Gürcüstan Konstitusiya Məhkəməsinin qərarına əsasən, 14 aylıq həbsdən sonra azad edilmişdi.
Ugulava keçmiş prezident Saakashvili-nin hakimiyyəti zamanı çalışıb, «Gürcü arzusu» koalisiyası hakimiyyətə gələndən sonra postunu itirib.
Eyni ittiham üzrə təqsirləndirilən keçmiş müdafiə naziri David Kezerashvili-yə isə bəraət verilib.