- Seçkiqabağı təbliğatın kitab yolu
Azərbaycanda seçkilər ərəfəsində prezidentliyə namizədlər öz bioqrafiyaları haqda kitab yazmasalar da, yazdıra bilərlər. Bu kitablarda namizədin həyatının, keçmişinin hər guşəsinə işıq salına bilər.
Qupquru tərcümeyi-hal kitabçalarından fərqli olaraq, o kitablar geniş və bədii olur, oxucunun beyninə də, qəlbinə də eyni vaxtda xitab edir. Onu bir roman kimi oxuyursan. Bu janrı biz ABŞ-ın seçki təcrübəsində görə bilirik.
Budur, məşhur "Bloomsbury" nəşriyyatı yaxınlaşmaqda olan 2016-cı il ABŞ prezident seçkiləri üçün Hillary Clinton'un yeni geniş bioqrafiya kitabını nəşrə hazırlayır.
Kitabı keçmişdə maliyyə məsələləri üzrə jurnalist işləmiş və 2012-ci ildə Steve Jobs haqda "The Man Who Thought Different" (Başqa cür düşünmüş adam) adlı kitab yazmış Karen Blumenthal qələmə alıb.
Oxu zalı