Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Abel Məhərrəmov: «O dünyaya vəzifə aparan deyilik ki...»


Abel Məhərrəmov
Abel Məhərrəmov

-

«Bəzən deyirlər ki, rektor 5 il işləməlidir və yaxud parlamentdə 5-10 il işlədi, bəsdir. Bunun əleyhinəyəm. İnsan işlədikcə püxtələşir».

Virtualaz yazır ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov Milli Məclisin Elm və Təhsil Komitəsinin sentyabrın 17-də keçirilən iclasında deyib.

«Biri var 5 il oxuyasan, biri var 15 il, 20 il oxuyasan. Mən həmişə tələbələrlə söhbət edəndə onlardan neçənci kursda olduqlarını soruşuram. Misal üçün, deyirlər 3-cü. Deyirəm, mən də 43-cü kursdayam, hələ mən də oxuyuram» - deyə o, fikrini əsaslandırıb.

Rektorun fikrincə, deputatlar nə qədər çox oxusalar, o qədər yaxşı olar: «Təbii ki, parlamentdə yeniləri də olacaq. Mən yeni tərkibə uğurlar arzu edirəm. Vəzifə adamın alnına yazılmayıb ki. Vəzifə ömürlük də ola bilməz, o dünyaya vəzifə aparan deyilik ki... Vəzifə bir gün gəlir, bir gün də getməlidir, burada heç bir narahatlıq yoxdur. Hələ rektor işini apara bilsək, böyük məsələdir».

KƏNDLƏRDƏ MƏKTƏBDƏN YAYINIRLAR

«Azadlıq» qəzeti yazır ki, kənd məktəblərində dərsdən yayınma halları artıb.

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, rəsmi statistikaya əsasən, 1990-cı illə müqayisədə hazırda kənd və şəhər əhalisinin sayı eyni səviyyədə artıb – həm kənddə, həm şəhərdə yaşayan əhalinin sayı təxminən 1.2 milyon nəfər çoxalıb: «Amma ötən 25 il müddətində şəhər yerlərində təhsil alan orta məktəb şagirdlərinin sayı 15 faiz və ya 103 min nəfər artıb, kənd yerlərində, əksinə, 19 faiz və ya 130 min nəfər azalıb».

Rövşən Ağayev
Rövşən Ağayev

Ekspert bildirir ki, kənd və şəhərlərdə məktəbyaşlı uşaqların sayının eyni olmasına baxmayaraq, faktiki oxuyanların say nisbətində belə kəskin fərqin yaranması, həmçinin kənddə sayın sürətlə azalması fonunda şəhərdə artmasının iki səbəbi ehtimal edilir: «Kənddə məktəbyaşlı uşaqların məktəbdən yayınma və tam orta təhsilə (11 illik) maraq göstərməmə səviyyəsi daha yüksəkdir; hökumətin kənd və şəhər əhalisinin sayı ilə bağlı rəsmi məlumatı gerçəkliyi əks etdirmir – yəni şəhərdə qeydiyyatsız məskunlaşmış kənd əhalisinin sayı xeyli çoxdur».

QƏRB STRUKTURLARI İLƏ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVİ YOXDUR

«Azərbaycan» qəzeti yazır ki, antiazərbaycançı şəbəkənin əlində alətə çevrilən Avropa Parlamenti son qətnaməsi ilə bütün əndazələri aşıb: «Bu qurumun sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə antiazərbaycançı, xristian təəssübkeşliyindən çıxış edərək ermənilərə hər vəchlə dəstək verən siyasi dairələrin sifarişi olmaqla yanaşı, həm AP-nin siyasi alətə çevrildiyini göstərir».

«AP-nin son qətnaməsi bu qurumla Azərbaycan arasında əməkdaşlığın konstruktiv məcrada inkişafının heç bir perspektivinin olmadığını göstərdi. Eyni zamanda, bu, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin də perspektivinə, regional əməkdaşlıq və inteqrasiya prosesinə ciddi zərbə vurdu», - deyə rəsmi dövlət qəzeti bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG