-
Sentyabrın 18-i Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyidir.
O, 1885-ci ildə Şuşada anadan olub.
1995-ci ildən bəstəkarın doğum günü Milli Musiqi Günü kimi qeyd olunur. Bu ənənənin təşəbbüskarı isə Niyazi olub. Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü qeyd edirmiş.
Sentyabrın 18-i ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində də «Üzeyir Hacıbəyli Günü» elan olunub
Ü.Hacıbəyli 1907-ci ildə Şərqdə ilk operanı - «Leyli və Məcnun»u yazıb. O, 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib.