Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 05:47

FİFA korrupsiya şübhəlisi ABŞ-a veriləcək


İsveçrə Uruqvay futbol rəsmisi Eugenio Figueredo-nun korrupsiya ittihamları ilə bağlı onun təslimini tələb edən ABŞ-a ekstradisiyası barədə qərar qəbul edib.

İsveçrə Uruqvay futbol rəsmisi Eugenio Figueredo-nun korrupsiya ittihamları ilə bağlı onun təslimini tələb edən ABŞ-a ekstradisiyası barədə qərar qəbul edib.

Eugenio Figueredo mayın 27-də Sürixdə həbs edilmiş 7 FİFA rəsmisindən biridir.

O, Copa America yarışları ilə əlaqədar milyonlarla dollar rüşvət almaqda ittiham edilir.

Onun ekstradisiya qərarından apellyasiya şikayəti verməsi üçün 30 gün vaxtı var.

Cənab Figueredo Cənubi Amerika Futbol Konfedersiyasının keçmiş vitse prezidentidir.

İndiyədək həbs edilmiş 7 FİFA şübhəlisindən yalnız təşkilatın keçmiş vise-prezidenti Jeffrey Webb İsveçrədən çıxarılmasına razılıq verib.

XS
SM
MD
LG